ABŞ prezidenti Barak Obama 55 idarə olunan GBU-28 aviasiya bombasının satışı ilə bağlı İsraillə gizli sövdələşməsinin üstü açılıb.
SalamNews-un verdiyi xəbərə görə, bu barədə "Newsweek" həftəlik qəzeti məlumat yayıb.
Qəzetin məlumatında deyilir ki, GBU-28 aviasiya bombaları İsrailə 2009-cu ildə satılıb. Həmin vaxtdan etbarən, ABŞ yəhudi dövlətinin İordan çayının Qərb sahilində yerləşdirmə siyasətini əleyhinə çıxış edir.
Xatırladaq ki, GBU-28 ABŞ-da istehsal olunur və 1991-ci ildə silahlanmaya qəbul olunub. Bu bombalar tuşlama lazer sisteminə malikdir. Çəkisi 2300 kq olan GBU-28 torpaq qatını 30 metr, beton qatını isə 6 metr dəlmək iqtidarındadır.