Oxucu sual verir: Şəriətə görə, insana namazları qısa qılmaq və oruc tutmamaq icazəsi verilən səfər məsafəsi nə qədərdir?
Cəfəri məzhəbinə görə, gedib-gəlmək məsafəsi üst-üstə 8 fərsəx olan səfərdə insan namazları qısa qılmalı və oruc tutmamalıdlr. 8 fərsəx müasir hesabla 43-44 kilometrə bərabərdir. Hənəfi məzhəbində 3 gün (hər gün 6 saat) yolda olan, yaxud 90 km. məsafə qət edən şəxs müsafir sayılır. Qədim hənəfi alimləri səfər məsafəsini təqribən 120 km. qəbul edirdilər. Maliki, şafii və hənbəli məzhəblərində isə səfər məsafəsi 16 fərsəx götürülür, bu da təqribən 81 km-ə yaxındır. Bəzi əhli-sünnə alimləri bu məsafənin bir qədər qısaldılmasına da icazə verirlər.