Üç ay əvvəl ölkəsini tərk edən Yəmən prezidenti Əli Abdulla Saleh vətənə qayıdıb.
APA-nın xəbərinə görə, bu barədə Yəmən dövlət televiziyası məlumat yayıb. “Prezident Əli Abdulla Saleh Ər-Riyadda üç aydan çox davam edən müalicəsindən sonra bu səhər doğma torpaqlara qayıdıb”, deyə televiziyanın xəbərinə bildirilir.
Xatırladaq ki, Ə. A. Saleh iyun ayının əvvəlində iqamətgahına hücum zamanı yaralanıb və müalicə məqsədilə Səudiyyə Ərəbistanına gedib.