Oxucu sual verir: Doğrudur ki, üzərlik yandırmaqla bəd nəzər geri qayıdır və insana ziyan dəymir?
Əksər alimlərin fikrincə, göz dəyməsi (bəd nəzər) məfhumu həqiqətdən uzaq deyil və bunun baş verməsi mümkündür. Bəd nəzərin qarşısını almaq üçün ən gözəl vasitə Allaha sığınmaq, Quranın ayə və surələrini (xüsusilə, Kafirun, İxlas, Fələq, Nas, Qədr surələrini, ayətəl-kürsini, Qələm surəsinin son 2 ayəsini) oxumaq, şeytanın şərindən Allaha pənah aparmaq, ibadətdə davamlı olmaq, günahlardan və məkruhlardan uzaq durmaqdır. Üzərlik bitkisini yandırmağın dinlə əlaqəsi yoxdur və dinimiz bununla bəd nəzərin aradan qalxacağını təsdiq etmir. Lakin elm sübut etmişdir ki, üzərlik bitkisinin tüstüsü insanın psixoloji və bioloji aləminə rahatlıq gətirir. Bu tüstü insandakı yorğunluq, əzginlik, gərginlik və stress hallarını aradan qadırmağa yardım göstərir. Buna görə də üzərlik yandırmaq günah deyil, amma buna dini məna vermək yanlışdır.