Rəsmi Tehranla Vaşinqton arasında münasibətlərin gələcəkdə necə olacağı ABŞ hökümətinin yürüdəcəyi siaysətdən asılıdır.
SalamNews-un ''ASRIRAN''a istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı deyib.
O, ABŞ-da yaşayan iranlılarla görüşdə bildirib: ''Biz İslam inqilabının qələbəsindən ötən 32 il ərzində bir sıra Qərb ölkələrinin təzyiqləri ilə üzləşirik. Lakin bu, ölkəmizin texniki və iqtisadi inkişafına mane olmayıb. Ölkəmizin ABŞ-la gələcək münasibətləri tamamilə onların yürüdəcəyi siyasətdən asılı olcaq. Çünki biz əməkdaşlıq prinsiplərinə sadiqik. Əminik ki, qarşılıqlı münasibətlərin olmaması hər iki ölkəyə ziyan vurur. Bunun aradan qaldırılması üçün bəzi ABŞ siyasi xadimlərinin İrana qarşı münasibətləri dəyişməlidir. Yalnız bu yolla bütün problemlərimizi həll edə bilərik''.
Xatırladaq ki, bu gün İran vaxtı ilə 20:30-da İran prezidentinin BMT Baş Assambleyasında çıxışı canlı yayımlanacaq.