Azərbaycanlı zəvvarların həcc ziyarətinə səfəri başlayır. Zəvvarların ilk qrupu dekabrın 3-ü axşam saat 23:00-da Azadlıq meydanından yola salınıblar.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, həcc ziyarətinə gedən ilk karvanda 38 avtobus olub. Növbəti avtobus karvanı dekabrın 5-də yola düşəcək.Təyyarə ilə yola düşəcək zəvvarlar isə dekabrın 9, 10, 12 və 13-də yola salınacaqlar.