BMT Təhlükəsizlik Şurasında Fələstinin müstəqil dövlət olaraq təşkilata üzv qəbul olunmasına dair səsvermə ərəfəsində ABŞ prezidenti Barak Obama Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas ilə görüşündən sonra İsrail rejiminin baş naziri Binyamin Netanyahu ilə də görüş keçirib, - deyerler.org “MigNyus” a istinaden xəbər verir.

Barak Obama ilə İsrail rejiminin qondarma baş nazirinin görüşü bir neçə saat davam edib. Görüş zamanı Binyamin Netanyahu ABŞ prezidentinə onlara qarşı tutduğu mövqeyə görə minnətdarlığını bildirib. O eyni zamanda bildirib ki, Obama, İsraili müdafiə etdiyinə görə fəxri mükafata layiqdir.
BMT Baş Assambleyasında çıxışı zamanı isə Obama bildirib ki, İsrail rejimi ilə Fələstin arasındakı münaqişəli vəziyyətdən sadə çıxış yolu görmür. “Sülh BMT-nin bəyanatları və qətnamələri əsasında əldə edilə bilməz. Əgər hər şey bu qədər sadə olsaydı, bunu artıq çoxdan etmişdik”, - deyə Obama iddia edib.