Oxucu sual verir: Bəziləri deyir ki, qadın mütləq qara rəngdə çadra bağlamalıdır Bu sözün əsası varmı?
Şəriətə görə, qadın biləkdən aşağı əllərindən və sifətindən başqa bütün bədənini naməhrəmlərdən örtməlidir. Hicabın vacib olan ölçüsü budur. Dinimizdə qadının hicabının növü və forması barədə dəqiq göstəriş verilməmişdir. Yuxarıdakı şərtə uyğun gələn, eləcə də, bəzi başqa şərtlərə cavab verən hər bir örtük hicab sayılır. Belə ki, hicab çox dar, şəffaf və diqqəti çəkəcək dərəcədə alabəzək olmamalıdır. Dinimizdə qadının naməhrəmləri özünə cəlb etmək üçün bəzək vurması və diqqət çəkən libas geyinməsi qadağan edilib.