Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktları nəticəsində uçan "Əkiz bina"ların yaxınlığında İslam Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.
Газета.Ру-nun verdiyi xəbərə görə, açılış mərasimi 160 immiqrant uşağın portretinin daxil olduğu «Nyu-Yorkun uşaqları» fotosərgisi ilə start götürüb. Sərgi iştirakçılarını Yaxın Şərq alətlərində musiqi ifa edən kiçik orkestr əyləndirib.
İslam Mədəniyyət Mərkəzinə məscid və leksiya zallarından başqa, asudə vaxtı keçirmək üçün məkan, həmçinin idman və əyləncə zalları da daxildir.