Oxucu sual verir: Quranda xatırlanmış Əshabi-kəhf hadisəsi harada baş vermişdir və həmin mağara harada yerləşir?
Əshabi-kəhf (mağara sahibləri) hadisəsi Qurani-Kərimin “Kəhf” surəsində xatırlanır. Bu surənin bəzi ayələrində haqqında söhbət açılan mağaranın müəyyən xüsusiyyətləri də təsvir edilmişdir. Uzun əsrlərdir ki, alimlər həmin mağaranın hansı ölkədə yerləşməsi barədə araşdırma aparırlar. Mağara sahiblərinin əhvalatı xristian mənbələrində də verildiyi üçün, xristian alimləri də bu müzakirələrdə iştirak edirlər. Mağaranın indiki İordaniya, Suriya, Türkiyə, Fələstin, Misir, İraq, Əlcəzair, Əfqanıstan, Ərəbistan, Orta Asiya torpaqlarında, hətta İspaniyada yerləşməsi barədə nəzəriyyələr vardır. Daha geniş yayılmış fikrə görə, Əshabi-kəhfin mağarası Türkiyənin Tarsus şəhərində yaxud İordaniyanın Rəqim bölgəsində yerləşir. Azərbaycanın Naxçıvan bölgəsində də Əshabi-kəhf ziyarətgahı vardır.