Forumda əlaqədar dövlət orqanlarına, ictimai qurumlara, media nümayəndələrinə müraciət ünvanlanıb. Dekabrın 3-də "Hicab: seçimimiz, azadlığımız, hüququmuz" mövzusunda 2-ci forum keçirilib. Forumda hicablı qadınların problemlərindən danışılıb.
Bildirilib ki, əvvəlki illərlə müqayisədə son 2 ayda hicablı qadınlara qarşı təzyiqlər daha da artıb. Onlar hicablı xanımların pasport və şəxsiyyət vəsiqəsi ala bilməmələrini, bununla da bir çox mülki və siyasi hüquqlardan mərum edildiklərini bildiriblər.
Tədbirdə həmçinin qeyd edilib ki, təhsil və səhiyyə müəssisələrində də hicablı qızlara qarşı təzyiqlər artıb və onların hicabla gəlməsinə icazə verilmir. Forumun sonunda iştirakçılar əlaqədar dövlət orqanlarına, ictimai qurumlara, media nümayəndələrinə müraciət ünvanlayıblar.