Bu ilin oktyabrında Qırğızıstanın Oş şəhərində Süleyman-Too dağı yaxınlığında 17 min yerlik mərkəzi məscidin təntənəli açılış mərasimi baş tutacaq.
SalamNews-un АК�?press-ə istinadən verdiyi xəbərə görə, jurnalistlərin suallarını cavablandırarkən şəhər meri bildirib ki, məscid Süleyman-Too dağının adını daşıyacaq. Məscidin tikilməsinə ərəb ölkələri 1,1 milyon dollar ayırıb. Oş sakinləri də 500 min som toplayıblar.
M.Mirzəhmətov vitse-mer T.Sabirova məscidin təntənəli açılış mərasimini təşkil etməyi tapşırıb.