BMT-nin Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Nyu-Yorkda olan Baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra “Peninsula” otelində mətbuat konfransı təşkil edib.
SalamNews-un “İhlas”a istinadən verdiyi xəbərə görə, Ərdoğan Obama ilə görüş barədə deyib: “Yaxın Şərqdəki sülh prosesləri istiqamətində Fələstin-İsrail məsələsi müzakirə etdik. Aralıq dənizinin şərqindəki beynəlxalq sularda gəmilərimizə edilmiş hücum barəsində haqlı olduğumuzu təsdiq edirlər. Xüsusilə İsrail ilə əlaqədar mövzuda, bizə heç nə demirlər, çünki haqlı olduğumuzu bilirlər. Əgər İsrail üzr istəməsə, münasibətlər normallaşmayacaq. İsrailə təzyiq edilsə, Fələstin problemi həll olunacaq”.