Deyerler.org un istinad etdiyi Türkiyə KİV-lərində yer alan xəbərə görə, sionist İsrail rejimi Yunanıstanda hərbi bazalardan birindən istifadə etmək istəyir. İsrail rejimi Yunanıstana təklif edib ki, Kiprin yunan hissəsi kəşfiyyat-qazma işlərinə başlayarkən Türkiyədən gələ biləcək hər hansısa hərbi hücumdan qorumaq üçün öz hərbi təyyarələrini adaya yaxın hərbi bazaların birində yerləşdirsin
İsrail rejiminin bu təklifi nəinki Türkiyədə, hətta Yunanıstanda da sərt reaksiyalarla qarşılaşıb. Yunanıstanın baş naziri Yorgo Papandreu hökumət nümayəndələrinin belə bir addıma qarşı olduğunu deyib. Papandreu İsrail rejiminin Türkiyəyə qarşı onlardan istifadə etməsinə imkan verilməyəcəyini bildirib