ABŞ ordusunun Qərargah rəisi Mike Mulen bu ayın sonuna qədər İraqda olan amerikalı əsgərlərin üçdə birinin bu ölkəni tərk edəcəyini açıqlayıb.(dunyabulteni) 2008-ci ildə tərəflər arasında əldə olunmuş razılığa əsasən, bu ilin sonuna qədər ABŞ öz əsgərlərini İraqdan çıxartmalıdır. Qeyd edək ki, İraqda 44.500 ABŞ əsgəri var.
Hazırda İraq hökuməti ilə ABŞ hökuməti arasında yeni hərbi əməkdaşlığa dair müzakirələr aparılır. Ehtimal olunur ki, ABŞ ordusu ölkəni tam tərk etməyəcək. Bir neçə min ABŞ əsgəri bu ölkənin ordusunun modernləşdirilməsi və həmçinin təhlükəsizliyin təmin olunmasına yardım məqsədi ilə İraqda qalacaq.