ABŞ prezidenti Barak Obama və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ikitərəfli görüşü zamanı Suriyada nümayişlərin qəddarlıqla yatırılması ilə əlaqədar prezident Bəşər Əsədə təzyiqləri artırmaq barədə razılıq əldə olunub.
SalamNews-un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, iki ölkə liderlərinin görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub.
Obama Ərdoğana İsrail rejimi ilə mehriban qonşuluq münasibətlərini bərpa etməyə çağırıb.
Xatırladaq ki, münasibətlər "Azadlıq flotiliyası"nın İsrail rejiminin hərbiçiləri tərəfindən hücuma məruz qalması və nəticədə 9 türk vətəndaşının öldürülməsindən sonra korlanıb.