ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayıb Ərdoğan ilə Nyu-Yorkda görüşüb.

APA-nın türk KİV-lərinə istinadən verdiyi xəbərə, iki saata yaxın keçirilən görüşdə Yaxın Şərqdə vəziyyət, ərəb ölkələrində son hadisələr, Türkiyə İsrail münasibətləri, Vaşinqtonun Ankara ilə terrorçuluğa qarşı birgə mübarizə aparmasının perspektivləri və digər məsələlər müzakirə olunub.
Görüşdən sonra jurnalistlərə açıqlama verilməyib.