Əfqanıstanın keçmiş prezidenti Bürhanəddin Rəbbani öldürülüb. APA-nın AFP-yə istinadən xəbərinə görə, sabiq prezidentin evində partlayış törədilib.

Polisin ehtimalına görə, partlayışı terrorçu-kamikadze törədib. Son illər Rəbbani Əfqanıstanda döyüşən tərəfləri barışdırmaq missiyası ilə çıxış edən Ali Barışıq Şurasına rəhbərlik edib. O, cəmi bir ay - 2001-ci ilin noyabr-dekabr aylarında prezident olub.
Qeyd edək ki, Bürhanəddin Rəbbani sovet işğalı dövründə müqavimət dəstələrindən birinə rəhbərlik edib və nüfuzlu səhra komandirlərindən sayılıb.