Türkiyə hökuməti Somalidə ölkənin ən böyük məscidini yenidən bərpa edəcək.(dunyabulteni) Paytaxt Moqadişoda uzun illərdir davam edən daxili silahlı qarşıdurma və terror hadisələri nəticəsində Mərkəzi Məscidə ciddi xəsarət dəyib. Türkiyə Dəyanət Vəqfinin rəsmisi Mustafa Tutkun Somalidə 200-ə yaxın məscidin təmirə ehtiyaclı olduğunu deyib.
Bundan başqa, Türkiyənin Dəyanət Vəqfi Somaliyə 1 milyon Qurani-Kərim, 500-ə yaxın hədis kitabı, dini dərslərin keçirilməsi üçün dərs vəsaitləri göndərəcək. Bundan başqa, vəqfin daxili vəsaiti hesabına 250 somalili gənc Türkiyədə dini dərslər almaq üçün gətiriləcək.