Oxucu sual verir: Aşura günündə İmam Hüseynin (ə) neçə nəfər yaxın qohumu şəhid olmuşdur?
Aşura günü Kərbəlada şəhid olmuş Əhli-beyt üzvlərinin sayı və adları barədə fikirlər fərqlidir. Dəqiq məlum olan budur ki, İmam Hüseyndən (ə) əlavə Əbutalib soyundan olan daha 17 nəfər həmin gün şəhadətə çatmışdır. Bunların ikisi İmam Hüseynin (ə) oğlu (Əliəkbər və Əliəsğər), beşi o həzrətin qardaşları (Abbas, Abdullah, Cəfər, Osman və Mühəmmədül-əsğər), üçü o həzrətin qardaşı İmam Həsənin (ə) oğulları (Qasim, Abdullah və Əbubəkr), ikisi o həzrətin bacısı Zeynəbin oğulları (Ovn və Mühəmməd), üçü o həzrətin əmisi Əqilin oğulları (Cəfər, Abdullah və Əbdürrəhman), ikisi də əmisi Əqilin nəvələri (Abdullah və Mühəmməd) idi. Ümumiyyətlə, Əhli-beyt şəhidlərinin sayını müxtəlif mənbələrdə 13 nəfərdən 30 nəfərə kimi qeyd edirlər. Yuxarıda adları çəkilən 17 nəfərin şəhid olması dəqiqdir.