POPULYARXƏBƏRLƏR

İranın dini lideri Xamenei: “Son hədəfimiz İslam ümmətinin vəhdətinə nail olmaq, dinə, rasionallığa, elm və əxlaqa əsaslanan yeni bir İslam sivilizasiyası qurmaq olmalıdır!”

Tehranda islami oyanış mövzusuna həsr edilmiş sayca birinci konfransın işinə start verib. İslam İnqilabının Dini Rəhbəri Ayətullah Xameneinin çıxışı ilə açılan konfransda dünyanın müxtəlif ölkələrindən, xüsusilə də müsəlman dövlətlərindən gəlmiş yüzlərlə ruhani alim, elm xadimi, ziyalı, mütəxəssis, sosioloq və tarixçi islami oyanışın müxtəlif aspektlərini araşdırmağa başladılar.

Xamenei iclasın açılış mərasimində etdiyi çıxış zamanı qeyd etdi ki, islami oyanış, İslam ümmətinin gözüaçıqlıqla ayağa qalxması istibdad və imperializmin divarlarını aşırmaqdadır. Ali Məqamlı Rəhbər regionda gedən qiyam və inqilabların mahiyyətini araşdırmaqla yanaşı bu əzəmətli hərəkatın irəlidə üzləşə biləcəyi xətər və təhlükələrin nədən ibarət olduğunu açıqladı, həmin təhlükələrə qalib gəlməyin yolları barədə danışdı. O vurğuladı: “Mübarək islami oyanış region və dünyadakı şeytanları qəfil yaxalayaraq düşmən cəbhəsindəki təhlükəli fiqurları aradan götürüb. Lakin Allaha təvəkkül edərək müasir İslam dünyası tarixindəki təcrübələrdən dərs götürmək, ağıl, əzm və şücaətə söykənərək regionda hələ də qeyri-müəyyən formada gedən dəyişiklikləri istiqamətləndirmək, müsbət nəticəyə çatdırmaq lazımdır”.



Böyük ictimai dəyişikliklərin tarixi və mədəni köklərə dayandığını deyən dini lider qeyd etdi ki, son 150 ildə müsəlman ölkələrində baş vermiş dəyişikliklərin səhnəsində ictimai-siyasi proseslərə istiqamət vermək qabiliyyətinə malik olan, cihad əzmli ideoloqların və dahi şəxsiyyətlərin iştirakı, həmçinin Şərqdən, yaxud Qərbdən asılı olan hökumət rejimlərinin təcrübədə özünü doğrultmaması hazırkı vəziyyətin formalaşmasına təsir göstərmiş effektiv amillərdir. O dedi: “Bu arada onu da qeyd etmək lazımdır ki, İslam İnqilabının qələbəsi, qüdrətli, sarsılmaz, şücaətli və mütərəqqi bir quruluş olan İslam Respublikasının islami oyanışın baş qaldırmasına göstərdiyi təsir, heç şübhəsiz, İslam dünyasının hazırkı reallıqlarının təhlilində və tarixində mühüm bir fəsli əhatə edir”.



Regionda gedən qiyam və inqilabların mahiyyətini açıqlayan dini lider qeyd etdi ki, baş verən dəyişikliklərin ən mühüm elementi xalqın əməl, mübarizə və cihad meydanında hamılıqla, real iştirak etməsidir. Xalqa söykənən dəyişikliklərlə digər ictimai hərəkatlar arasındakı dərin fərqə toxunan Ayətullah Xamenei dedi: “Xalqa söykənən dəyişikliklər Allahın müqəddəs kəlamı kimidir. Xalqın bu dəyişikliklərdə həlledici iştirakı arzulanan bir gələcəyin mənzərəsini yaradır, düşmən tərəfindən ələ alınmış ünsürlərin, yuxarı təbəqəyə məxsus, mənəviyyatı çirkaba bulaşmış şəxslərin yolundan azmasına, düşmənlə sazişə getməsinə imkan vermir”.



“Qiyam əzmi və stimulu kimi müqəddəs bir sirr Misir xalqının zehnində tədricən formalaşdı və bu stimul qəhrəman, sivil, iftixar dolu Misir xalqının Təhrir meydanında və digər meydanlarda möhtəşəm iştirakı şəklində təcəssüm etdi” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Allahın bu hökmü Tunis, Yəmən, Liviya və Bəhreyn xalqlarına da aiddir”.



“Region xalqlarının şüar və davranışları regionda gedən inqilabların prinsip, dəyər və hədəflərini nümayiş etdirir” – deyən dini lider bu reallığa istinadən aşağıdakıları vurğuladı: “Hazırkı inqilabların birinci dərəcəli prinsipi Amerika və Qərbdən asılı olan, korrupsioner diktatorlar tərəfindən tapdanmış milli qürur və heysiyyətin dirçəldilməsi, bərpasıdır”.



Region xalqlarının səsləndirdiyi şüarlara toxunan Ayətullah Xamenei qeyd etdi ki, baş verən inqilabların digər bir prinsipi xalqın qədim və dərin etiqadının təcəssümü kimi İslam bayrağını göylərə ucaltmaqdır. O dedi: “Region xalqları bu əqidədədirlər ki, mənəvi-psixoloji təhlükəsizlik, ədalət, tərəqqi və çiçəklənmə yalnız İslam şəriəti sayəsində əldə oluna bilər”.



dini lider bildirdi ki, Amerika və Avropanın müdaxiləsinə, təhlükəli və təhqiramiz işğalçılıq siyasətinə qarşı müqavimət göstərmək, qəsbkar və qondarma İsrail dövləti əleyhinə mübarizə aparmaq regiondakı inqilabların daha bir prinsipidir. İslami oyanış mövzusuna həsr edilmiş ilk konfransın qonaqlarına müraciət edən Həzrət Ayətullah Xamenei dedi: “Qərb və sionizm bu prinsip və hədəfləri inkar etmək üçün bütün səylərini səfərbər ediblər. Lakin inkar və təkziblə reallığı dəyişmək mümkün deyil”.



Xarici dövlətlərin regionda baş qaldırmış inqilablarda payları olduğunu iddia etmək niyyətini kəskin tənqid edən dini lider əlavə etdi: “Özlərindən asılı olan istibdadçı və korrupsioner hakimləri iş başında saxlamaq üçün bütün gücünü səfərbər etmiş müstəmləkəçilərin indi inqilabların qələbəsində payları olduğunu düşünməyə haqqı yoxdur”.



Mövzunu davam etdirən Ayətullah Xamenei bildirdi ki, Amerika və NATO-nun Liviyaya müdaxiləsi bu ölkədə infrastrukturların dağılmasına, Liviyaya kompensasiyası mümkün olmayan ziyanların vurulmasına səbəb olub. O, əlavə etdi: “Bu müdaxilə olmasaydı, Liviya xalqı bir az gec qələbə qazanar, amma bu qədər günahsız insan qətlə yetirilməz, Qəddafinin köhnə havadarları, Liviya xalqının çoxdankı düşmənləri müharibəyə məruz qalmış bu məzlum ölkəyə müdaxilə etmək haqları olduğunu iddia edə bilməzdilər”.



Regiondakı inqilabların mahiyyəti ilə bağlı söhbətini yekunlaşdıran Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu inqilabların yiyəsi xalqdır, xalqın içərisindən çıxmış görkəmli şəxsiyyətlərdir. Onlar həyata keçirdikləri inqilabların keşiyində durmalı, bu tarixi hərəkatın yüksələn xətt üzrə inkişaf edəcək gələcək kursunu müəyyən etməlidirlər”.


dini liderin çıxışının ikinci hissəsi regionda baş verən dəyişikliklərin üzləşə biləcəyi təhlükə və xətərlərin analizinə həsr olundu.



İran xalqının bu tip təhlükələri duyma qabiliyyətinə, onlarla qarşılaşmada qazandığı uğurlu təcrübəyə toxunan dini lider islami oyanış üçün ehtimal oluna biləcək xətərləri iki qismə ayırdı: 1. Daxildəki zəif cəhətlərdən qaynaqlana biləcək xətərlər; 2. Bilavasitə düşmənin qurduğu planların yarada biləcəyi təhlükələr;



Ayətullah Xamenei qeyd etdi ki, qələbə hissindən yaranan arxayınçılıq, ardınca stimulun azalması və əzmin zəifləməsi islami oyanışı daxildən gözləyən ilk təhlükədir. O, əlavə etdi: “Bəzi şəxslər qənimət əldə etmək və xüsusi paya sahib olmaq fikrinə düşəndə bu təhlükə daha da qorxulu hal alır”.



“İmperialistlərin zahiri ehtişamından qorxmaq, düşmənə inanmaq, onun yalançı təbəssümünün və vədlərinin toruna düşmək, müstəmləkəçilərin dolaşıq planlarını dərk etməmək və onlardan bixəbər olmaq, yalanlara aldanmaq, inqilabçılar arasına ixtilafların düşməsi, mübarizə cəbhəsinin arxasında ikitirəliyin yaranması inqilabları daxildən gözləyən digər təhlükələrdir” – deyən dini lider aşağıdakıları vurğuladı: “Bu təhlükələrdən var qüvvə ilə qaçmaq, şücaət, tədbirlilik qətiyyət və iradə kimi keyfiyyətləri bir araya gətirərək Allahın nəsib etdiyi bütün ehtiyatları qalibiyyət əzmli islami oyanışın davam etdirilməsi yolunda səfərbər etmək lazımdır”.



Region xalqlarının inqilabları üçün ehtimal olunan ikinci qisim təhlükələr haqqında ətraflı danışan Ayətullah Xamenei düşmənlərin Amerika və Qərbdən asılı olan ünsürləri hakimiyyət başına gətirmək planlarına toxunaraq əlavə etdi: “Bu məkrli plan xalqın ayın-sayıqlığı ilə üzləşsə, imperialistlər müxtəlif ssenarilərlə, o cümlədən özləri üçün sərfəli olan hökumət modelləri, asılılıq yaradan konstitusiya nümunələri təklif etməklə xalqları başqa azdırıcı yollara istiqamətləndirməyə çalışacaqlar”.



Xamenei dedi: “İnqilabçıların arasına nüfuz etmək, təhlükəli bir tendensiyaya maliyyə və media dəstəyi göstərmək, inqilabların əsl kursunu diqqətdən kənarda qoymaq düşmənlərin vəziyyətə nəzarəti yenidən ələ keçirmək üçün istifadə etdiyi metodlardır”.



İslam dünyasının ruhani alimlərinə, görkəmli fikir adamlarına üzünü tutan dini lider aşağıdakıları xatırlatdı: “Bu taktiki gedişlər də heç bir nəticə verməsə, imperialistlər, adətləri üzrə, hərc-mərclik yaratmaq, terror, dinlər və etnik qruplar arasında toqquşmaları körükləmək, hətta qonşu ölkələr arasında müharibə yaratmaq kimi metodlara əl atacaqlar. İqtisadi sanksiya və qadağalar, hərtərəfli təbliğat və media hücumları sayəsində, əməlisaleh şəxsiyyətləri bədnam etmək, zəif ünsürləri satın almaq yolu ilə xalqı yorub, ümidsizliyə düçar etməyə, bununla da inqilabların məğlubiyyətini asan və mümkün etməyə çalışacaqlar”.



Regiondakı inqilabların üzləşə biləcəyi təhlükələri açıqladıqdan sonra Ayətullah Xamenei İran xalqının göz önündə olan təcrübəsinə, digər ölkələrin üzləşdiyi eniş-yoxuşların dəqiq analizinə istinad edərək İslam dünyasının din, siyasət, ictimaiyyət və mədəniyyət xadimlərinə bu təhlükə və xətərlərə qalib gəlməklə bağlı tövsiyələrini verdi.



Çıxışının bu hissəsində toxunduğu başlıca məqamlar Allaha təvəkkül, Tanrının möminlərə qətiyyətlə verdiyi qələbə vədinə inam və optimizmlə yanaşmaq, ağıl, əzm və şücaətin səfərbər edilməsi, meydanda iştirakını daim davam etdirmək, Allah yolunda mücahidə və fədakarlıqdan yorulmamaq, qəflət və təkəbbürdən çəkinmək, Tanrıya həmd və şükür etməklə bağlı idi.



Ayətullah Xamenei vurğuladı ki, prinsipləri rəsmi surətdə yazıya almaq və açıq-aşkar elan etmək, daim təkrarlamaq, şüar və prinsipləri düzgün istiqamətləndirərək İslam dininin əsasları və qayda-qanunları ilə uyğunlaşdırmaq lazımdır. O, əlavə etdi: “Bu gün müsəlman ölkələrində baş qaldırmış hərəkatların əsas müddəaları müstəqillik, azadlıq, ədalətpərvərlik, istibdadçılar və işğalçılar qarşısında təslim olmamaq, etnik, irqi və dini ayrı-seçkiliyin rədd edilməsi, sionizmi qətiyyətlə pislənməsidir. Bütün bu müddəalar İslam dinindən və müqəddəs Qurandan götürülüb”.



İslam dünyasının alim və mütəfəkkirlərini yüksək həssaslığa, prinsiplərə tam surətdə və daim sadiq qalmağa çağıran dini lider əlavə etdi: “Amerika və NATO-ya, İngiltərə, Fransa və İtaliya kimi xəyanətkar dövlətlərin aldadıcı təbəssüm və vədlərinə heç vaxt inanmayın, yadların təklif etdiyi modelləri rədd edərək ehtiyac duyulan həll yollarını İslam dininin feyz dolu çeşmələrində axtarın!”



Müsəlman xalqlarının, İslam dünyasındakı görkəmli şəxsiyyətlərin təhlükə və xətərlərə qalib gəlməsi üçün dini liderin verdiyi tövsiyələrdən biri də məzhəb, etnik mənsubiyyət, irq, tayfa və sərhəd zəminində yaranan ixtilaflardan çəkinməklə bağlı idi. Ali Məqamlı Rəhbər bununla bağlı İslam dünyası mütəfəkkirlərinin diqqətinə aşağıdakıları çatdırdı: “Fərqli cəhətləri rəsmən tanıyın, lakin onlara nəzarət edin. Bilin ki, nicat yolu İslam məzhəbləri arasında qarşılıqlı anlaşmaya nail olmaqdır. Onu-bunu təkfir etməklə məzhəblərarası təfriqələri körükləyənlər qəsdən, yaxud bilməyərəkdən Şeytana muzdurluq edirlər”.



“Müsəlman ölkələrinə zorla sırınan modellərə, o cümlədən dünyəvi modellərə, Qərb liberalizminə, ifrat millətçiliyə və solçu marksist təmayüllərə qarşı müqavimət göstərmək islami oyanışın davam etdirilməsi üçün vacib tədbirlərdən biridir” – deyən Ayətullah Xamenei İslam dünyası mütəfəkkirlərinə öz ölkələrində çətin və mürəkkəb bir iş olan dövlət quruculuğu ilə məşğul olmağı tövsiyə edərək əlavə etdi: “Son hədəfimiz İslam ümmətinin vəhdətinə nail olmaq, dinə, rasionallığa, elm və əxlaqa əsaslanan yeni bir İslam sivilizasiyası qurmaq olmalıdır!”



“Fələstinin yırtıcı sionistlərin cəngindən azad edilməsi də böyük bir hədəfdir” – deyən dini lider əlavə etdi: “Müsəlman ölkələrinin gənc nəsli belə böyük bir işə imza atmaq potensialına malikdir. Bu nəsildə özünəinam ruhunu dirçəltmək lazımdır!”



Ayətullah Xameneinin dünyanın müxtəlif dövlətlərindən, xüsusilə də müsəlman ölkələrindən gəlmiş yüzlərlə alim, mütəfəkkir, sosioloq və tarixçi qarşısında etdiyi çıxış iki mühüm məqamın vurğulanması ilə yekunlaşdı:



1. İslami xalq hakimiyyətinə əsaslanan rejimlərin qurulması ilə xalqların öz ölkələrinin idarəçiliyində sözsüz iştirakının və həlledici rolunun təmin olunmasının vacibliyi;



2. İslamçılıqla ifratçılıq və mühafizəkarlıq arasında dəqiq sərhədin müəyyən edilməsi zərurəti;



Dini Rəhbər birinci məqamla bağlı aşağıdakıları qeyd etdi: “İnqilab etmiş xalqlar yaşadıqları ölkənin idarəçiliyində səslərinin həlledici rol oynamasını istəyirlər. Həmin xalqlar İslama etiqad etdiklərinə görə onlar üçün ən arzulanan variant İslama əsaslanan xalq hakimiyyəti rejimidir. Bu rejimdə başçılar xalqın rəyi əsasında seçilir, cəmiyyətdə hökmranlıq edən prinsip və dəyərlər İslam təlimlərinə və şəriətinə əsaslanır”.



Dini Rəhbər əlavə etdi: “Əlbəttə, İslama əsaslanan xalq hakimiyyəti rejimi hər bir ölkədə şəraitin tələbi ilə müxtəlif metod və formalarda reallaşa bilər. Hər halda, son dərəcə ehtiyatlı olmaq lazımdır ki, bu rejim Qərbə xas, əksər hallarda dinin əleyhinə olan dünyəvi və liberal demokratiya ilə qarışıq salınmasın”.

Ayətullah Xamenei həmçinin islamçılıqla cahilanə təəssübkeşlik və qruplaşma arasında fərq qoymaq lazım olduğuna toxunaraq dedi: “Adətən kor-koranə aqresiya ilə müşayiət olunan məzhəb ifratçılığı inqilabın və islami oyanışın uca amallarından uzaqlaşmağa, geriliyə səbəb olan bir amildir. Bu məsələ də, öz növbəsində, xalqın nümayəndələrinin bir-birindən uzaqlaşmasına, nəticədə isə inqilabın məğlubiyyətinə səbəb ola bilər”.



Çıxışını yekunlaşdıran Dini Rəhbər islami oyanışı “regiondakı ümumi atmosferi əhatə etmiş bir reallıq” adlandıraraq regionda hələ də davam etməkdə olan dəyişiklikləri istiqamətləndirmək lazım olduğunu vurğuladı. O dedi: “Uca, geniş və dərin mənada təqva, kafir və münafiqlərin buyruğuna tabe olmaqdan boyun qaçırmaq, Allaha təvəkkül edib inanmaq Tanrının İslam ümməti üçün həmişəlik, xüsusilə də bu həssas və taleyüklü etapda müəyyən etdiyi davranış proqramıdır. Bu proqrama əməl etmək sayəsində, regionda baş qaldırmış mübarək islami oyanış, Allahın fəziləti ilə öz tarixi nəticəsini verəcək!”



Ayətullah Xamenei islami oyanış mövzusuna həsr olunmuş ilk beynəlxalq konfransdakı çıxışını yekunlaşdırdıqdan sonra görkəmli alim və mütəfəkkirlərlə yaxından görüşüb söhbət etdi.



leader.ir



Yerləşdirilib:20 Sentyabr, 2011  14:42, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com