Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasına qatılmaq üçün ABŞ-a gedir.
Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, R. T. Ərdoğan sentyabrın 20-də ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Görüşdə Türkiyə ilə İsrail rejimi, Türkiyə ilə yunan Kipri arasındakı gərgin münasibətlər, Livan və Suriyada yaranmış vəziyyət, Fələstin məsələsi və ikitərəfli münasibətlər müzakirə ediləcək.
R. T. Ərdoğan sessiya çərçivəsində başqa görüşlər də keçirəcək. APA