İsrail rejiminin müdafiə naziri Ehud Barak Türkiyə ilə İsrail rejimi arasında baş verən gərginliyə görə xarici işlər naziri Liberman ilə baş nazir Netanyahunu günahkar bilir.
(AA) "ynetnews.com"un verdiyi xəbərə görə, Barak Netanyahunun Türkiyədən üzr istəmək məsələsində razılığa gəldiyini, lakin Libermanın bu məsələdə ona mane olduğunu deyib. Xəbərdə deyilir ki, hökumətin bağlı qapılar arxasında keçən görüşlərində Barak Netanyahunun “Mavi Mərmərə” hadisəsindəki mövqeyini tənqid edib və onu Libermanın təzyiqlərinə boyun əyməkdə ittiham edib.