ABŞ və İsrail rejiminin müdafiə nazirləri Yaxın Şərq və Türkiyəni müzakirə etmək üçün bir araya gəlib
İsrail rejiminin müdafiə naziri Ehud Barak və ABŞ müdafiə naziri Leon Panetta bu gün Pentaqonda görüşüb. Onların əsas məqsədi Yaxın Şərq regionunda, xüsusilə də Misirdə baş vermiş dəyişikliklər, eləcə də Türkiyə ilə yaranmış vəziyyəti müzakirə etməkdir. Görüşün əsas müzakirə mövzularından biri də Fələstinin müstəqillik üçün BMT-yə müraciəti olacaq, - “MigNyus” xəbər verir.
“Hər iki tərəf təhlükəsizlik məsələsində əməkdaşlığa dair sıx əlaqələrin vacibliyini vurğulayıb. Eyni zamanda Amerika İsrailin keyfiyyətli hərbi səviyyəsini təmin etməyə sadiq olduğunu qeyd edib”, - deyə Pentaqonun mətbuat katibi Duqlas Uilson bildirib.
Tərəflərin Türkiyə, Misir, Fələstin və Yaxın Şərqdəki vəziyyətlə bağlı etdikləri müzakirələrin detalları açıqlanmayıb.