POPULYARXƏBƏRLƏR

Türkiyə Azərbaycandan pilotsuz təyyarə alası olmadı

Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, İsrail rejimilə münasibətlərin korlanmasından sonra oradan alınan pilotsuz kəşfiyyat təyyarələri Britaniya istehsalı olan texnika ilə əvəzlənəcək.


Türkiyə Azərbaycandan pilotsuz təyyarə alası olmadı
Nazir İsrail rejiminin Türkiyə ilə bağlanmış müqavilənin həyata keçirilməsini ləngidərək “Heron” tipli pilotsuz kəşfiyyat təyyarələrinin yığılıb göndərilməsini ləngitdiyini bildirib.

O deyib ki, Türkiyə artıq İsrail rejimindən bu təyyarələri almayacaq: “Biz Britaniya istehsalı olan ”Phoenix" pilotsuz təyyarələrini alacağıq. Onlar “Heron”lardan daha yaxşıdır". İsrail rejiminin vaxtilə Türkiyəyə satdığı “Heron”lar təmir üçün geri qaytarılsa da onların təhvil verilməsi ləngiyir. Türkiyə ordusu pilotsuz kəşfiyyat təyyarələrindən son bir neçə ildə ölkənin cənub-şərq bölgələrində və İraqın şimalında PKK-ya qarşı əməliyyatlarda istifadə edirdi.
“Phoenix” pilotsuz təyyarələrini isə Britaniyanın BAE şirkəti istehsal edir. Onların vəzifəsi artilleriya batareyalarının vuracağı hədəflərin koordinatlarını müəyyən edib komanda mərkəzinə ötürməkdir. Bu təyyarələr məhdud formada Kosovo və İraqda tətbiq edilib. “Phoenix” təyyarələrinin 2013-cü ilədək silahlı qüvvələrin sərəncamında qalması nəzərdə tutulurdu, lakin Britaniya ordusu daha yaxşı texnika tələb edib və nəticədə bu təyyarələr 2006-cı ildə istismardan çıxarılıb. Hazırda Britaniya ordusu pilotsuz kəşfiyyat təyyarələrini İsrail rejimindən alır.
Qeyd edək ki, bu günlərdə Türkiyə mənbələrində İsrail rejimilə münasibətlərin korlanmasından sonra pilotsuz təyyarələrin Azərbaycandan alına biləcəyi haqda xəbər yayılmışdı. Belə ki, Azərbaycan ötən ildən başlayaraq pilotsuz kəşfiyyat təyyarələrinin iki tipinin istehsalına başlayıb. Bu texnika İsrail rejiminin Kosmik Sənaye Şirkəti ilə birgə Bakıda qurulmuş “Azad Systems Co.» müəssisəsində yığılır. Həmin zavodda ”Orbiter" adlı pilotsuz kəşfiyyat təyyarələri istehsal olunur. Müdafiə Sənayesi Nazirliyi təyyarələrin bir hissəsini xaricə satmaq niyyətindədir. Bakıda yığılan təyyarələr silah sistemləri ilə təchiz olunmayıb və ancaq kəşfiyyat məqsədli videoçəkilişlər apara bilir. Lakin Bakıda yığılan təyyarələrin Türkiyəyə satılmasının nə dərəcədə mümkün ola biləcəyi isə açıq qalırdı. Çünki texnologiya və zəruri hissələr İsrail rejimindən alındığı üçün Təl-Əviv onların Türkiyəyə satılmasına etiraz edə bilərdi. Çox güman ki, Türkiyə tərəfi bu nüansı nəzərə alaraq pilotsuz kəşfiyyat təyyarələrinin Britaniyadan alınmasına üstünlük verib.(musavat.com)





Yerləşdirilib:20 Sentyabr, 2011  14:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com