"Bizim əlimizdə olan məlumatlar göstərir ki, İmam Musa Sədr hazırda sağdır. Əlimizdə olan məlumatda İmam Musa Sədrin saxlanıldığı məkanın adı dəqiq göstərilməsə də, onun sağ olması haqqında etibarlı xəbərlər mövcuddur". İİR parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının spikeri Kazım Cəlali
belə bir açıqlama ilə çıxış edib, - "Abna" xəbər verir.
O eyni zamanda qeyd edib ki, İmam Musa Sədrin hazırda ailəsinə sağ-salamat qaytarılması məsuliyyəti Liviyanın hazırkı hökuməti olan Milli Keçid Şurasının üzərindədir. "Buna görə də onlar çalışmalıdırlar ki, İslam dünyasının böyük ruhanilərindən olan Musa Sədri sağ-salamat ailəsinə təhvil versinlər".