Dünən Yeni Günəşli Fatimeyi-Zəhra məscidində izdihamlı Aşura məclisi keçirilib.
İslam.az xəbər verir ki, məclisdə novhələr oxunub, İmam Hüseyn (ə) və Əhli-beyt şəhidləri yad edilib. Eyni zamanda həyatlarını Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda qurban vermiş şəhidlər də anılıb.
Vətənin keşiyində duran əsgərlərimiz barəsində də dualar edilib. Aşura mərasimindən fotoşəkilləri oxucuların diqqətinə çatdırırıq.
Xatırladaq ki, dünən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Məhərrəm ayından sonra sözügedən məscidin tikintisi dövlət başçısının vəsaiti hesabına başa çatdırılacaq.















