Partlayışdan sonra 1 qadın polis tərəfindən saxlanılıb.
Ölkənin Səhiyyə Nazirliyi tərəfindən rəsmi yayılan məlumata görə, hadisə nəticəsində 20 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Hazırda polis yeni bir partlayışın baş verməsini istisna etmir və bu səbəbdən ərazi tam boşaldılır.
--------
Deyerler.Org un verdiyi məlumata görə: Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.(İHA) Hələlik partlayışın baş vermə səbəbləri məlum deyil. Jurnalistlər hadisə yerinə buraxılmırlar. Hadisə yerinə xeyli sayda ambulans gətirilib. Hadisə yerində bir avtobus və bir neçə avtomobil yanır. Polis partlayışla bağlı açıqlama vermir. Ölənlər və yaralananların olması istisna edilmir. Qeyri-rəsmi məlumatlara görə, ən azı 2 nəfər həlak olub.