Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT-də keçirilən terrora qarşı beynəlxalq mübarizə simpoziumu zamanı salonu tərk edib. O, öz narazılığını bir daha vurğulayıb.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrailin xarici işlər nazirinin müavini Daniel Ayalon çıxış edərkən xarici işlər naziri Əhməd Davudoğlu salonu tərk edərək bir daha İsrailə qarşı etirazını nümayiş edib.
Daha sonra sualları cavablandıran Davudoğlu etirazı ilə bağlı deyib: "İsrailə qarşı qərarlı mövqeyimiz davam edəcək".
Bundan əlavə, Türkiyənin xarici işlər naziri ilə görüşən ABŞ-ın dövlət katibi Hillari Klintonun Davutoğlundan qapını açıq saxlamağı istədiyi öyrənilib.