Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirib.
İnstitutdan İslam.az-a verilən xəbərə görə, aksiyada Aİİ-nin rektoru Ceyhun Məmmədov, institutun müəllim heyəti və əməkdaşları iştirak ediblər. Aksiyada əldə olunan qan hemofiliyalı xəstələrin müalicəsinə sərf olunacaq.