Ankara İsrail rejiminin NATO-nun Brüsseldə yerləşən baş qərargahında nümayəndəlik açmaq müraciətinə veto qoya bilər. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu barədə bildirib, - “MigNyus” xəbər verir.
Bu il İsrail rejimi NATO-da öz nümayəndəliyini açmaq üçün xeyli tədbirlər görüb. Sionist rejim Şimali Atlantik Alyansı ilə Aralıq dənizində əməkdaşlıq çərçivəsində öz nümayəndəliyini yaratmaq niyyətindədir.
Türkiyə tərəfi isə bəyan edib ki, İsrail rejimi “Mavi Mərmərə” gəmisində törədilmiş qətliama görə üzr istəmədiyi təqdirdə, onlarla heç bir hərbi əməkdaşlığa gedilməyəcək.