Deyerler.org: “Əqsa İrsi” Fondu sionist İsrail rejiminin Əl-Əqsa məscidinin dağıdılması üçün tədbirlərini gücləndirməsi barədə xəbərdarlıq edib, - “İqna” xəbər verir.
Verilən məlumata görə, İsrail rejiminin sionist qruplaşmaları sentyabrın 18-də “məbədlər” adlı konfrans təşkil ediblər. Həmin konfransda bütün sionistlər Əl-Əqsa məscidini dağıtmağa və onun yerində qondarma məbədlər yaratmağa dəvət edilib.
Fondun məlumatına görə, İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahu da sionist qrupların Əl-Əqsa məscidinin dağıdılmasına yönəlmiş konfransında iştirak edib.