İtaliyanın xarici işlər naziri Franko Frattini əmindir ki, Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ölkəni tərk edib.
SalamNews İTAR TASS-a istinadən xəbər verir ki, Romanın “Messacero” qəzetinə verdiyi müsahibəsində nazir deyib: "Mən hesab edirəm ki, Qəddafi artıq Liviyada deyil”.
ANSA agentliyi keçmiş liderin mətbuat katibi Musa İbrahimin sözlərini sitat gətirərək məlumat yayıb ki, Qəddafi ordusu bir neçə gündür Milli Keçid Şurasının qüvvələri üzərində “mühüm qələbə” qazanıb.
M.İbrahim deyib: “Üsyançılar Bani-Valid və Sirt şəhərindən çıxarılıblar”, fransa, britaniya və qətər döyüşçüləri əsir götürülüb. Qəddafinin sadiq ordusu Tripolini yenidən ələ keçirəcək və Liviya xalqına qarşı yönəldilmiş müstəmləkə planına son qoyacaq”.