Liviyanın müvəqqəti hökumətinin hərbi birləşmələri Sirt hava limanı üzərində nəzarəti ələ keçirib.
SalamNews-un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, şəhərin qalan hissəsinə polkovnik Qəddafinin qüvvələri nəzarət edirlər.
Milli Keçid Şurasının nümayəndəsinin sözlərinə görə, şəhər uğrunda döyüşlər davam edir.