ABŞ, Pakistan hökumətinin Cəlaləddin Xəqqaninin başçılıq etdiyi taliblərlə əlaqəsi olduğu haqda məlumata sahibdir. Bu barədə Birləşmiş Ştatların İslamabaddakı səfiri Kemeron Manter bəyan edib.

SalamNews-un "Vesti"yə istinadən verdiyi xəbərə görə, səfir deyib: "Biz müəyyən etmişik ki, yaxınlarda Kabildəki ABŞ səfirliyinə edilən hücumların arxasında Cəlaləddin Xəqqani dayanıb. Bundan əlavə, biz onun başçılıq etdiyi qruplaşmanın Pakistan hökuməti ilə əlaqəsi olduğuna dair sübutlara malikik".
Səfir daha sonra bildirib ki, belə əlaqələrə son qoyulmalıdır və ABŞ-la Pakistan ikitərəfli əlaqələrini yaxşılaşdırmaq istiqamətində ciddi səylər göstərməlidirlər.