I İslam oyanışı Beynəlxalq konfransında İranın 400 nüfuzlu ictimai və din xadimləri iştirak edir.
Bundan başqa, forumda dünyanın 80 dövlətindən, o cümlədən Avropa və Amerikadan gəlmiş 600-dək islam ilahiyyatçısı iştirak edəcək.
SalamNews-un FarsNews-a istinadən verdiyi xəbərə görə, bu barədə I Tehran İslam oyanışı Beynəlxalq konfransının baş katibi Əli Əkbər Vilayəti məlumat verib. Onun sözlərinə görə, tədbir hökümət tərəfindən təşkil edilməyib, buna görə də forumda siyasi xadim və hökümət nümayəndələrinin iştirakı nəzərdə tutulmayıb.
''2 gün davam edəcək konfransın əsas məqsədi İslam oyanışının geniş vüsət aldığı bir zamanda müsəlman alimlərinin fikir mübadiləsi etməsi üçün münasib zəmin yaratmaqdan ibarətdir'',-Vilayəti deyib.