Misir Ali Seçki Komissiyası parlamentin aşağı palatasına seçkiləri üç mərhələdə, bu ilin noyabrın 21-dən 2012 ilin yanvarın 3-nə qədər keçirməyi təklif edib.
Bu barədə məlumat verən komissiyanın sədri Abdel İbrahim Moizz, parlamentin üst palatasına seçkiləri isə yanvarın 22-dən, martın 4-nə kimi keçirməyi təklif edib. Seçkilər yalnız partiya siyahıları üzrə keçiriləcək.
Əvvəllər Misirdə seçkilər partiya siyahıları və majoritar qaydada keçirilirdi.
Yeni parlamentin formalaşması Misirdə hakimiyyətin hərbiçilərdən demokratik yolla seçilmiş iqtidara verilməsi prosesində mühüm addım ola bilər.