NATO Türkiyə ərazilərində quraşdırmağı planlaşdırdığı Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri vasitəsilə əldə etdiyi kəşfiyyat məlumatlarını İsrail rejiminə də ötürəcək. "New York Times" qəzetinin verdiyi xəbərə görə, amerikalı rəsmilər NATO RƏM sistemləri vasitəsilə əldə olunan bütün kəşfiyyat məlumatlarını öz müttəfiqləri, o cümlədən də İsrail rejimi ilə bölüşəcək.
Qeyd edək ki, BMT tərəfindən "Mavi Mərmərə" hesabatı açıqlandığı gün Türkiyə ilə NATO arasında ölkə ərazilərində Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin quraşdırılmasına dair razılıq əldə olunub. Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi rəsmən yaymışdı. Bu arada BMT-dən gözlədiyini ala bilməyən Türkiyə hökuməti isə əldə olunacaq məlumatların İsrail rejimi ilə bölüşülməyəcəyini deyir.