İsrail ilə Türkiyə arasında yaşanan gərginlikdən sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) “İsrail Dostluq Qrupu”nun yaradılmayacağı bildirilib.
SalamNews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, 105 ölkə ilə dostluq qrupunun qurulduğu TBMM-də qanunvericilik ilinin başlamasından sonra dostluq qrupları yenidən yaradılacaq. Ancaq Türkiyə-İsrail münasibətlərindəki gərginlik Böyük Millət Məclisinə də təsir edib.
Ədalət və İnkişaf Partiyasının parlametdəki fraksiyasının üzvü Mustafa Elitaş İsrail dostluq qrupu barədə deyib: "Deputat yoldaşlarımızdan İsrail dostluq qrupunun yaradılması üçün müraciət edən olmayib. Biz də bunun yaradılmasının tərəfdarı deyilik".