Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərq ölkələrinə səfəri yekunlaşıb.(AA) Bu gün səhər Bakı vaxtı ilə saat 05:35-da Ərdoğan və onu səfərdə müşayiət edən heyəti daşıyan təyyarə İstanbul şəhərində olan Atatürk Hava limanında yerə enib.
Qeyd edək ki, Ərdoğan səfər çərçivəsində Misir, Tunis və Liviyada olub və bu ölkənin rəsmiləri ilə görüşlər keçirib.