POPULYARXƏBƏRLƏR

Allahşükür Paşazadənin nümayəndəsi Gürcüstan Müsəlmanları İdarəsi haqda:"Qısa müddətdə fəaliyyətləri bitəcək"


Gürcüstan Müsəlmanları İdarəsinin əleyhinə indiyə qədər 30 mindən çox imza toplanıb. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev sentyabrın 16-da “Media forum” saytına açıqlamasında deyib ki, həmin imza kampaniyasına qarışacaqları yoxdur: “İmzaların toplanmasını vətəndaşlar təşkil edib. Nə biz, nə də hər hansı ruhani belə bir addım atıb. İmza atan şəxslər arasında namaz qılan da var, namaz qılmayan da. Kampaniya davam edir”.

Bu il uyun ayında Gürcüstan Müsəlmanları İdarəsi yaradılıb. İyunun 12-də Camal Paksadze baş müfti, Vaqif Əkbərov şeyx, əvvəllər Əli Əliyevin müavini olmuş Yasir Əliyev isə imam seçilib. Bu qurum qeyri-hökumət təşkilatı kimi Gürcüstanda dövlət qeydiyyatına alınıb.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəliyinin rəhbərinin sözlərinə görə, müraciətdə Gürcüstan Müsəlmanları İdarəsinə etiraz yer alıb: “Həm də qurumun keçirdiyi seçkiyə mənfi münasibət bildirilib. Müraciət prezident Mixail Saakaşviliyə ünvanlanıb. Gürcüstan Müsəlmanları İdarəsinin təsisçilərinin heç biri ruhani deyil, dövlət adamlarıdır. Eyni zamanda qurumun rəhbərliyindəki adamlar özləri özlərini təyin ediblər, heç bir seçki keçirilməyib. Bu seçkidə Gürcüstanda yaşayan hörmətli din alimləri, ruhanilər iştirak etməyiblər”.

Əli Əliyev qeyd edir ki, Gürcüstan müsəlmanlarının 90 faizindən çoxu Allahşükür Paşazadənin rəhbərlik etdiyi qurumun nəzarəti altında olmaq istəyir: “Tarixən camaat bu idarəyə bağlı olub. Bu bağı qırmaq mümkünsüzdür. 200 il tarixi olan Qafqaz Müsəlmanları İdarəsini qəlblərdən silmək mümkün olan iş deyil. Gürcüstan Müsəlmanları İdarəsini az bir qisim dəstəkləyir. Əksəriyyət Qafqaz Müsəlmanları İdarəsinin tərəfdarıdır”.

Nümayəndəliyin rəhbəri hesab edir ki, Gürcüstan Müsəlmanları İdarəsi adlı təşkilatın bünövrəsi düzgün qurulmayıb: “Onlar düzgün istiqamətlənməyib və qısa müddətdə fəaliyyətləri bitəcək”.

Əli Əliyev 15 ildir Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi olduğunu qeyd edib: “Biz dövlət, yaxud gürcü ictimaiyyəti tərəfindən hansısa problemlə rastlaşmamışıq. İndiyə qədər öz ibadətimizi, oz dini ayinlərimizi rahat şəkildə yerinə yetirmişik”.

Gürcüstanda 300-ə qədər məscidin fəaliyyət göstərdiyini deyən Əli Əliyev son 15 ildə 30 məscid tikildiyini vurğulayıb: “Bu 15 ildə Gürcüstanda tikilən hər yeni məscidin açılışında Vaqif Əkbərov da olub. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi açılandan nə işlər görüldüyünü yaxşı bilir”.

Əli Əliyev hazırda hansı məscidin Qafqaz Müsəlmanları İdarəsini dəstəklədiyini, hansı məscidin Gürcüstan Müsəlmanları İdarəsini tanıdığını deməyin çətin olduğunu bildirib: “Bununla bağlı nə sorğu keçirmişik, nə də rəy öyrənmişik”.

Qafqaz Müsəlmanları İdarəsinin ünvanına səslənən ittihamları əsassız adlandıran Əli Əliyev deyib: “Şeyx həzrətləri gəlib burada məscid tikintisi, yaxud təmiri ilə məşğul ola bilməz axı. Hansı kənd məscidinin olmasını istəyirsə, bununla camaat özü məşğul olmalıdır. Ya yenisini tikdirməli, ya da köhnəni təmir etdirməlidir. Azərbaycanda da, dünyanın hər bir yerində də bu cürdür”.

Əli Əliyev keçmiş müavini Yasir Əliyevin Gürcüstan Müsəlmanları İdarəsində çalışdığını, amma onun yerinə indiyə kimi heç bir təyinat olmadığını deyib: “Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsi məsələni nizama salacaq. Hər şey öz yerin tapacaq”.


"Media forum"



Yerləşdirilib:17 Sentyabr, 2011  12:10, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com