POPULYARXƏBƏRLƏR

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: "Mənim evimdə ağa mənəm"

Gürcüstan Müsəlmanları İdarəsi iyul ayında rəsmi dövlət qeydiyyatına alınıb. İdarənin şeyxi Vaqif Əkbərov sentyabrın 16-da “Media forum” saytına deyib ki, qurum qeydiyyatdan keçdikdən sonra xeyli işə imza atıblar. Şeyxin sözlərinə görə, artıq onun din xadimi olduğu “Cümə” məscidi də (Tbilisidə yerləşir) dövlət qeydiyyatına alınıb və sentyabrın 27-də sənədlərin təqdimetmə mərasimi keçiriləcək: “İndiyə qədər Gürcüstanda məscidlərin reyestri aparılmamışdı. Bu bir ilkdir və ilk qeydiyyata alınan da “Cümə” məscididir”.

Gürcüstan Müsəlmanları İdarəsi iyunun 12-də yaradılıb və rəhbərliyi seçilib. Baş müfti postunu Camal Paksadze, baş şeyx postunu Vaqif Əkbərov, baş imam postunu Yasir Əliyev tutub. Lakin bu qurumun yaradılması Qafqaz Müsəlmanları İdarəsini narazı salıb. Qafqaz Müsəlmanları İdarəsi bu qurumun yaradılmasını separatçılıq, Gürcüstandakı müsəlmanların bölünməsi kimi dəyərləndirib. Hazırda qurumun qeydiyyatının ləğv edilməsi üçün prezident Mixail Saakaşviliyə müraciət hazırlanıb və imza kampaniyası aparılır

Vaqif Əkbərov bu kimi kampaniyalara fikir vermək istəmədiyini, belə işlərin mənasız olduğunu deyib: “O imza toplayanlar da mənim qardaşlarımdır. Lakin biz Gürcüstanda hansısa başqa dövlətin siyasətinin hökmranlıq eləməsinə imkan vermərik. Dindardırsa, ruhanidirsə, dərs keçmək istəyirsə, ona öz fəaliyyətinə görə hər bir şərait yaratmaq olar. Ancaq onlar ayrı şey istəyirlər. Onlar şeyx, imam olmaq istəyirlər. Niyə? Çünki əvvəllər hansısa ölkələrdən pul alıblar ki, buradakı dindarları idarə edəcəklər.

İmza toplayanların çox az sayda olduğunu bilirəm. Açıq deyirəm ki, onlar ayrı dövlətin adamlarıdır. Biz heç vaxt imkan vermərik ki, islam fundamentalizminə, islam radikalizminə yol açılsın. Mənim evimdə ağa mənəm. Düzdür, hər kəsə qapımız açıqdır, amma öz evimdə mən deyən olmalıdır, qonağın dediyi yox. Mənim ağama gəlincə, öz axirətimi dünya malına satan deyiləm. Mənim ağam Allahdır”.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hesab edir ki, ölkədəki məscidlərin, demək olar, hamısı onları dəstəkləyir: “Mən bu barədə dəqiq məlumata malik deyiləm. Amma onu deyə bilərəm ki, artıq bütün məscidlərin rəsmi dövlət qeydiyyatına alınmasına başlamışıq. Bundan sonra həmin məscidlər Gürcüstan Müsəlmanları İdarəsinin məscidləri hesab olunacaq və onlara din xadimləri təyin etməyə başlayacağıq”.

Vaqif Əkbərov son Ramazanda bütün Gürcüstanı gəzdiklərini, müsəlman qardaşları ilə birgə olduqlarını deyib: “İndiyə qədər heç bir din xadimi bayramlarda bir-bir məscidləri gəzib sadə din qardaşları ilə süfrə başında əyləşməmiş, onlarla bərabər iftar açmamışdı”.

Şeyx onu da qeyd edib ki, artıq qurum Səudiyyə Ərəbistanı ilə əlaqə yaradaraq Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrıca kvota almağa müvəffəq olub: “Əvvəllər filan idarəyə pul verilməli idi ki, kvotaya daxil ola biləsən, yaxud sənin sənədlərinə viza vurulsun. İndi buna ehtiyac yoxdur. Gürcüstanda təxminən 1 milyon yarım müsəlman yaşayır. Kvota ilə bizdən bu il 350-400 nəfərin ziyarətə getməsi mümkündür. Artıq mənim vasitəmlə sənədlərə pulsuz viza vurulacaq. Eyni zamanda imkanlı şəxslərin vasitəsilə hər il 50-100 nəfər kasib dindarın da Həcc ziyarətinə getməsini təmin eləmək niyyətimiz var. Artıq köməklik etmək istəyən imkanlı adamlarla əlaqə yaratmışam”.


"Media forum"



Yerləşdirilib:17 Sentyabr, 2011  12:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com