POPULYARXƏBƏRLƏR

Türkiyə mətbuatı: Pilotsuz aparat İsrail rejiminə məxsusdur və Ermənistandan qalxaraq İranla bağlı kəşfiyyat uçuşu yerinə yetirib

Türkiyə mətbuatı Qarabağ səmasında düşmüş pilotsuz uçuş aparatı ilə bağlı maraqlı iddia irəli sürüb.





Türkiyə mətbuatı: Pilotsuz aparat İsrail rejiminə məxsusdur və Ermənistandan qalxaraq İranla bağlı kəşfiyyat uçuşu yerinə yetirib
APA-nın məlumatına görə, «Sıcak Gündəm» qəzeti diplomatik mənbələrə istinadən ermənilərin vurduqlarını iddia etdikləri pilotsuz kəşfiyyat aparatının əslində düşdüyünü və onun Azərbaycana deyil, İsrail rejiminə məxsus olduğunu yazıb.



Qəzet bildirir ki, ermənilərin yaydığı xəbərdə və görüntülərdə pilotsuz aparatın Azərbaycana aid olduğunu göstərən heç bir tanınma nişanına rast gəlinməyib. Hadisə ilə bağlı aparılan araşdırmalarda bəzi məqamlar diqqət çəkir. Adının gizli qalmasını istəyən türk diplomatiyasına yaxın qaynaqlar isə düşən pilotsuz aparatın İsrail rejiminə aid olduğunu önə sürür.



Qəzetə məlumat verən diplomatik mənbə bildirib ki, pilotsuz aparat İsrail rejiminin Hava Qüvvələrinə aiddir: «Aparat Ermənistan və ya işğal altındakı Qarabağ bölgəsində yerləşən hərbi bazadan qalxaraq İranla bağlı kəşfiyyat uçuşu yerinə yetirib. Beləcə, Azərbaycanın işğal altındakı torpaqları ermənilər üçün sadəcə narkotik tranziti, terror bazaları deyil, eyni zamanda məxfi əməliyyatlar və hərbi kəşfiyyat üçün bazaya çevrilib”. Mənbə onu da deyib ki, hazırda İsrail rejimi demək olar ki, bütün Yaxın Şərq ölkələri üzərində pilotsuz uçan aparatlarla kəşfiyyat işləri aparır.



Qəzet daha sonra yazır: “Burada bəzi suallar meydana çıxır. Xüsusən də o sual ki, sentyabrın 12-də baş vermiş hadisə niyə 2 gün sonra açıqlandı?»



Məqalədə qeyd olunur ki, bu il iyunun 26-da Bakıda keçirilən hərbi paradda Azərbaycanın pilotsuz aparatları nümayiş olunub. Bu aparatların üzərində Azərbaycanın dövlət bayrağı həkk edilib: «Ermənilərin Azərbaycan pilotsuz aparatını vurması xəbəri şəkillərə baxdıqda sabun köpüyü kimi yox olur. «Məhv edilmiş təyyarə» havada vurulmuşa bənzəmir. Yanğın və mərmi deşikləri yoxdur. Amma başqa şey görünür - cihaz sadəcə yerə çırpılaraq məhv olub».



Başqa bir iddia isə ermənilərin yayınladığı videoda düşmüş pilotsuz uçuş aparatının bəzi cihazların üzərində Kanadada fəaliyyət göstərən «NovAtel» şirkətinin embleminin olması ilə bağlıdır. Qəzetə məlumat verən mənbə bildirib ki, «NovAtel» yüksək dəqiqliyə malik sistemlər hazırlayır. İsrail rejimi bu şirkətdən yeni nəsil pilotsuz aparatları olan «Hermes 1500», «Hermes 900» və «Hermes 180» üçün DGPS sistemləri alıb. İsrail rejimi Azərbaycana «Hermes» sinifli aparatlardan yalnız «Hermes 450» satıb ki, o aparatda da «NovAtel» sistemləri istifadə olunmur.



Qeyd edək ki, Azərbaycan hərbi paradda əsasən "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz aparatları sərgiləyib. Azərbaycanın həmçinin İsrail rejimindən «Hermes 450» tipli pilotsuz təyyarə aldığı bildirilir.



Yerləşdirilib:17 Sentyabr, 2011  12:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com