ABŞ prezidenti Barak Obamanın gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi və görüşdə İsrail mövzusunu müzakirə edəcəyi bildirilir.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə Ağ Ev Milli Təhlükəsizlik Şurasının təmsilçisi Men Rodes, jurnalistlərə verdiyi açıqlamada, Obamanın, Ərdoğan ilə keçirəcəyi görüşdə özünü İsrail ilə əlaqələri düzəltməyə çağıracağını söyləyib.
Rodes, Obamanın BMT Baş Assambleyasında İsrail baş naziri Binyamin Netanyahu ilə də görüşünün nəzərdə tutulduğunu qeyd edib.