Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Tunisdə görüşlərini başa çatdırdıqdan sonra xüsusi təyyarə ilə Liviya paytaxtı Tripoliyə gedib
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan "Karfagen" hava lımanında Tunisin Baş nazir vəzifəsini müvəqqəti icra edən Beci Kaid Essebsi tərəfindən rəsmi mərasimlə yola salınıb.
Xatırladaq ki, Baş nazir Ərdoğanı köməkçisi Bəkir Bozdağ, xarici işlər naziri Əhməd Davudoğlu, nəqliyyat naziri Binali Yıldırım, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Zafer Çağlayan, milli müdafiə naziri İsmət Yılmaz, AKP sədrinin köməkçisi Ömər Çelik və partiyanın fraksiya üzvü Nürəddin Canikli müşaiyət edir.