Türkiyənin Avropa İttifqı (Aİ) naziri və baş məsləhətçi Egemen Bağış Yaltada iştirak etdiyi konfransda İsrailin dövlət başçısı Şimon Perezin çıxışı zamanı salonu tərk edib.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,E.Bağış Ukraynanın Yalta şəhərində ölkəni Avropa İttifaqına yaxınlaşdırmaq məqsədilə təşkil edilən "Ukrayna və Dünya: Ortaq Təhlükələr, Ortaq Bir Gələcək" adlı 8-ci Yalta illik konfransında Türkiyəni təmsil edir.
Avropanın gələcəyinin müzakirə edildiyi konfransa E.Bağışla yanaşı, Aİ Komissarı Stefan Füle, İngiltərənin keçmiş baş naziri Toni Bler, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski, İsveçin xarici işlər naziri Karl Bildt qatılıb.
E.Bağış konfrans çərçivəsində sabah Türkiyənin Aİ üzvlük prosesində təcrübələrini və Aİ ölkələrindən nə gözlədikləri ilə bağlı çıxış edəcək.
Konfransda AŞPA-nın sədri Mövlud Çavuşoğlunun insan hüquqları və demokratikləşmə mövzusunda məruzəsi dinləniləcək.