“Financial Times”ın jurnalisti David Gardner məqaləsində bunu yazıb: “Ərdoğan ərəblər və Qərb üçün çox qiymətlidir”.
SalamNews-un verdiyi xəbərə görə, yazıda deyilir: "Despot liderlərini taxtdan salan Misir, Tunis və Liviyaya səfər edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ərəb dünyasındakı ən məşhur siyasətçi adına layiqdir.
Ərdoğan Qərb paytaxtlarında İsraili hədəf alan açıqlamaları səbəbi ilə tənqid olunur. Türk liderin məşhurluğu ərəblər və Qərb üçün çox qiymətlidir".