Oxucu sual verir: Dünyasını dəyişmiş şəxsin günahlarının bağışlanması və hesabının yüngül olması üçün yaxınları nə edə bilərlər?
İnsan dünyasını dəyişdikdən sonra əməl dəftəri bağlansa da, yaxınları tərəfindən onun adına edilən bəzi xeyir əməllərin savabından faydalana bilər. Belə ki, diri şəxslər xeyir əməllər edərək, savabını mərhuma bağışlaya bilərlər. Bu savab əməllər həm dini, həm də sosial mahiyyətli ola bilər. Məsələn, dəfn gecəsində vəhşət namazı qılmaq, ölünün qəza namazlarını qılıb, qəza oruclarını tutmaq, Quran oxumaq və bütün bunların savabını ona hədiyyə etmək olar. Eləcə də, ehsan məclisləri təşkil etmək, fəqirlərə sədəqə vermək, xalqa faydası dəyən bir obyekt tikmək (məsələn, xəstəxana, körpü, məscid, məktəb), bulaq qazımaq, bağ salmaq və s. bu baxımdan faydalıdır.