Azərbaycanda baş verən məlum son hadisələr dini cameədə də ciddi əks-səda doğurdu. Ölkənin tanınmış nüfuzlu din adamları meydana gələnlərə öz münasibətlərini bildirməkdə davam edirlər. Onların sırasında Qarabağ Seyid Ocaqlarının rəhbəri şərqşünas Seyid Camal Əzimbəyli də var. Seyid Camal müəllifi və aparıcısı olduğu "İnam" verilişinin FB səhifəsində belə yazıb:
"Son günlər ölkənin dini mühitində təfriqə salmağa hədəflənən bir qrup təkfirçi zehniyyət sahibləri fürsəti əldən verməməyə çalışırlar. Dövlətini, millətini, bayrağını, şəhidini kafir sayanlar - bir anda vətən "təsübkeşinə" çevriliblər?"