“Son vaxtlar Böyük Britaniyanın 100 min vətəndaşı İslam dinini qəbul edib. Onlardan qadınlar çoxluq təşkil edir”. Bu barədə İranın Vatikandakı səfiri höcətül Əli Əkbər Naseri məlumat verib.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, Kumada keçirilən konfransda səfri deyib: “Hicab İngiltərədə qadınların ləyaqət rəmzidir və İslam dininə hörmət nişanıdır. Yaxın Şərqdə və Şimali Afrikada baş verən son hadisələr İslam dünyasının oyanış əlamətidir. Bu prosesslər Avropa ölkələrində və Amerikada aşkar olunub. İslam dini dünyada ardıcılları tapmaqla, sürətlə yayılır”.